Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) bu ölkənin DESFA qaz paylayıcı şirkətinin 66%-lik səhm paketinin Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni bəyənib. Bu barədə “Bloomberg” agentliyi məlumat verir.
ARDNŞ DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alacaq.