Rusiyanın “S7Airlines” şirkəti (“Sibir” aviaşirkətinin ticarət markası) 2013-cü il avqustun 1-dən Bakıya uçuşların sayını artırıb. Bu barədə şirkətin saytında məlumat verilir.
“Hazırda “S7 Airlines” Moskva-Bakı istiqamətndə gündəlik reyslər həyata keçirir. Uçuş cədvəli əvvəlki kimi qalır. Domodedovo hava limanından uçuş yerli vaxtla saat 12:35-də başlayır. Təyyarə saat 16:35-də Bakıya çatır. Bakıdan uçuş vaxtı saat 17:35, Moskvaya çatma vaxtı saat 19:45-dir”, - deyə məlumatda bildirilir.
Uçuşlar 128 sərnişin üçün nəzərdə tutulmuş “Airbus A319” laynerlərində həyata keçirilir.
“S7 Airlines” həmçinin Azərbaycanın AzAl şirkəti ilə birgə hər gün “Boeing 757” təyyarələri ilə Moskvadan Bakıya uçuşlar təşkil edir.