Azərbaycan Vladiqafqazda VII Beynəlxalq “Alaniya” simpoziumunda iştirak edir. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Simpoziumda İtaliya, Türkiyə, Almaniya, İsrail, Serbiya, Xorvatiya, Böyük Britaniya, Gürcüstan, Azərbaycan, Dağıstan, Şimali Osetiya-Alaniyadan olan 20 iştirakçı 15 gün ərzində müasir incəsənət sahəsində layihələrini reallaşdıracaq.
Tədbir çərçivəsində gənc rəssamların ikinci forumu keçiriləcək. Rəssamlar bir-birlərinin işləri ilə tanış olmaq, ustadlardan məsləhət almaq, onların fikirlərini öyrənmək, müasir incəsənət haqqında mühazirələri dinləmək imkanı əldə edəcəklər.
Tədbir avqustun 15-dək davam edəcək.