31 iyul tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2013-cü ilin yanvar-iyul aylarında 10,13% - $12 mlrd. 880,3 mln.-a qədər artıb. Bu barədə AMB-nin saytında məlumat verilir.
Bununla yanaşı, 2013-cü ilin iyul ayında AMB-nin valyuta ehtiyatları $159,9 mln. və ya 1,26% artıb.
Xəbər verildiyi kimi, 2013-cü il yanvarın 1-nə AMB-nin valyuta ehtiyatları $11 mlrd. 694,8 mln. təşkil edib.
2012-ci ildə AMB-nin valyuta ehtiyatları 11,6% artıb.