Bazar ertəsi Bakının Xəzər rayonunda bir nəfərin ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
“Mercedes”, “VAZ” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində “Opel”in sürücüsü, 1982-ci il təvəllüdlü Anar Məmmədov həyatını itirib.