“Paşa Kapital” MMC 2013-cü ilin iyul ayında Qiymətli Kağızlar Bazarında (Repo əməliyyatları bazarı istisna olmaqla) göstərilən xidmətlərin həcminə görə brokerlər renkinqinə başçılıq edib. Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
“Paşa Kapital” MMC hesabat ayında 132 mln. 928,188 min manat məbləğində xidmət göstərib (iyun ayında 1-ci yer).
İkinci yeri 71 mln. 974,888 min manat məbləğində broker xidmətləri göstərmiş "Chelsea Capital" MMC tutub (iyun ayında 4-cü yer).
İyul ayının yekunları üzrə 3-cü yerdə 42 mln. 487,348 manatlıq xidmət göstərmiş "Unicapital" MMC tutub (iyun ayında 2-ci yer).
2013-cü ilin iyul ayında 8 broker xidmət göstərib.