Şəmkir rayonunda üç nəfərin ölümü və iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bazar günündən bazar ertəsinə keçən gecə Bakı-Qazax yolunun 386-cı kilometrliyində yüksək sürətlə hərəkət edən “BMW” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və bir neçə dəfə çevrilib.
Qəza nəticəsində avtomobilin üç sərnişini, o cümlədən altı yaşlı uşaq hadisə yerində həlak olub. Avtomobilin sürücüsü və bir sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.