SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi çərşənbə axşamı Azərbaycanın dörd rayonunda qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar saat 09:00-dan 20:00-dək “Bərdə”, “Tərtər”, “Cəyirli”, “Kətəlparaq”, “Tərtər-2” və “Ağdam 4-yol” ölçü qovşaqlarından, saat 10:00-dan 18:00-dək “Masallı-2” ölçü qovşağından rayon mərkəzinə gedən “əhali” orta təzyiqli qaz kəmərlərində, saat 10:00-dan 15:00-dək isə “Qusar” Qazpaylayıcı Stansiyanda kollektordan Urva kəndi istiqamətində gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Bərdə, Tərtər rayonlarına, Ağdam rayonunun bir hissəsinə, Masallı şəhərinə və Qusar rayonunun Urva kəndinə təbii qazın verilişində fasilələr yaranacaq.