Bu gün Bakıda müdafiə sənayesi naziri Yavər Camalov Rusiya Federasiyasının Taktiki Raket Silahları Korperasiyasının baş direktoru Boris Obnasov arasında baş tutan görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. Bu barədə Müdafiə Sənayesi Nazirliyinin saytında məlumat verilir.
Y.Camalov nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.