Xudatda baş vermiş ağır yol- nəqliyyat hadisəsi nəticəsində 6 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Xudat şəhər polis şöbəsindən məlumat verilib.
Xudat-Nabran yolunda, Müqtədir qəsəbəsi ərazisində “VAZ- 2107” markalı avtomobil qabaqda gedən at arabasına çırpılaraq idarəetməni itirib, qarşı hərəkət zolağına çıxıb və “VAZ- 2107” markalı digər avtomobillə toqquşub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış hər iki sürücü və dörd sərnişin Xudat şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.