Buzovna qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
“Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək metal hasara çırpılıb. Maşından çıxan zaman onu yüksək sürətlə hərəkət edən “Opel” minik avtomobilinin sürücüsü vurub. Nəticədə hər iki sürücü hadisə yerində həlak olub, yol qəzasının bir şahidi isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.