İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozduğuna görə fiziki şəxs Səbinə Cəfərovaya 2,4 min manat məbləğində maliyyə sanksiyası tətbiq edib. Bu barədə nazirliyin məlumatında qeyd edilir.
Xidmət fiziki şəxs barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb.
“Fiziki şəxs S.Cəfərovaya məxsus mağazada aparılan yoxlama zamanı "Louis Vuitton Malletier" şirkətinə məxsus əmtəə nişanlarının təqlidi olan və mənşəyi məlum olmayan saxta çantaların satıldığı müəyyən edilib”, - deyə məlumatda bildirilir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan prezidenti tərəfindən 2009-cu il dekabrın 26-da təsdiqlənib.