1 avqust 2013-cü il tarixinə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin abonentlərinin sayı 1 mln. 561,75 minə çatıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Onların 1 mln. 542,742-si əhali, 19,008 mini isə qeyri-əhali abonentidir.
Abonentlərin 679,44 mini Bakı şəhərinin (669,648 min əhali, 9,792 min qeyri-əhali abonenti) payına düşür.
İB-nin məlumatına görə, 1 mln. 561,635 min abonent (99,99%) sayğaclaşdırılıb ki, bunun da 1 mln. 542,627 mini əhali (99,99%), 19,008-i qeyri-əhali (100%) istehlakçılarıdır.
Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 669,547 min əhali abonenti (99,98%), 9,792 min qeyri-əhali abonenti (100%), regionlar üzrə isə 873,08 min əhali abonenti (100%) və 9,216 min qeyri-əhali abonenti (100%).
Əhali abonentlərinin mənzillərində 773,758 min “smart-kart” tipli sayğac quraşdırılıb.