Qazaxıstan prezidenti Nursultan Nazarbayev türkdilli dövlət başçılarının III zirvə toplantısında iştirak edəcək. Bu barədə Mərkəzi Kommunikasiyalar Xidmətinin əməkdaşı Bolat Sadıkov məlumat verib.
"Avqustun 16-da ölkə prezidenti Nursultan Nazarbayev Azərbaycanın Qəbələ şəhərində keçiriləcək türkdilli dövlət başçılarının üçüncü zirvə toplantısında iştirak edəcək", - deyə o, bazar ertəsi Astanada brifinqdə bildirib.
Bu qurumun birinci zirvə toplantısı N.Nazarbayevin təşəbbüsü ilə 2011-ci ildə Almatıda keçirilib.