2013-cü ilin iyul ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri əvvəlki ayla müqayisədə 3,6% ucuzlaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 1,5%, tranzit üzrə 1% ucuzlaşıb, idxal üzrə 3,1%, yerli əlaqə üzrə 3% bahalaşıb.
İyul ayında sərnişindaşıma tarifləri iyun ayı ilə müqayisədə 1,5%, beynəlxalq əlaqə üzrə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 1,2% bahalaşıb.
Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri 3,3 faiz ucuzlaşıb.
Hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 11%, digər xarici ölkələrə isə 5,4% bahalaşıb.
Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri beynəlxalq əlaqə üzrə 0,4% ucuzlaşıb, yerli əlaqə üzrə 8,4% bahalaşıb.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 7,3% ucuzlaşıb.