Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 51 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə baş vermiş bədbəxt hadisələr nəticəsində 23 nəfər həlak olub, 3 nəfər yaralanıb, 4 nəfər intihar edib.
6 nəfər qətldə, 10 nəfər sui-qəsddə, 3 nəfər qarət və soyğunda, 33 nəfər oğurluqda, 5 nəfər avtomobil qaçırmaqda, 4 nəfər dələduzluqda, 2 nəfər insan alverində, 4 nəfər şantajda şübhəli bilinərək saxlanılıb.
Bundan başqa, qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 7 fakt qeydə alınıb.