2013-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 32,3 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5% çox ümumi daxili məhsul istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsinin saytında məlumat verilir.
Yanvar-iyul aylarında qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 10,5% artıb, onun ÜDM-də xüsusi çəkisi 54,8% təşkil edib.
Neft-qaz hasilatı və emalı sahələrində 0,6% az əlavə dəyər istehsal edilib.
ÜDM-in 63,8%-i istehsal sahələrinin, 29,7%-i isə xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5%-ni təşkil edib.
Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 3484,7 manat (4441,3 ABŞ dolları) təşkil edib və 3,7% artıb.
Azərbaycan hökuməti 2013-cü ildə ÜDM artımını 4,7% səviyyəsində proqnozlaşdırır.
2012-ci ildə ölkədə ÜDM 2,2% artıb.