2013-cü ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 18,9 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə adambaşına düşən nominal gəlirlər 5,8% - 2 min 40,8 manata qədər artıb.
Əhalinin gəlirlərinin ümumi həcmindən 68,9% istehlaka, 9,3% vergi və digər icbari ödənişlərə, 1,6% kredit və faiz ödənişlərinə, 20,2% əmanət və kapitalın həcminin artırılmasına yönəldilib.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 17,2 mlrd. manat məbləğində gəlir qalır ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 7,2% çoxdur.