Avqustun 12-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Ceyhun Bayramov təhsil nazirinin müavini təyin olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Ceyhun Bayramov bundan öncə Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb.
Yeni təyinatla bağlı Təhsil Nazirliyində toplantı keçirilib. Təhsil naziri Mikayıl Cabbarov Ceyhun Bayramovu Təhsil Nazirliyinin struktur bölmə rəhbərlərinə təqdim edib.