Pakistanın Azərbaycandakı səfirliyinin nümayəndələri Bakıda öz ölkələrinin Müstəqillik Gününə həsr olunmuş tədbir keçirirlər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Tədbirdə çıxış edən Pakistanın Azərbaycandakı səfiri İkram Molla Məsud qeyd edib ki, bu gün bütün pakistanlılar ölkələrinin azadlığı uğrunda canından keçmiş qəhrəmanları yad edirlər. Amerikanın sabiq prezidenti Con Kennedinin “Soruşma ki, vətən sənin üçün nə edə bilər, soruş ki, sən vətən üçün nə edə bilərsən” məşhur ifadəsini sitat gətirən diplomat deyib ki, xaricdə yaşayan pakistanlılar unutmamalıdırlar ki, onlar pakistanlıdırlar və öz ölkələrini təmsil edirlər.
“Onlar olduqları ölkələrin qanunlarına, eyni zamanda öz ölkələrinə hörmət etməlidirlər”, - deyə o vurğulayıb.