Prezident İlham Əliyev çərşənbə günü Qəbələyə səfəri çərçivəsində Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak edib. Bu barədə rəsmi KİV-lər məlumat yayıb.
1200 yerlik Heydər Əliyev Konqres Mərkəzi istənilən beynəlxalq tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün nəzərdə tutulub. Tikintisinə 2012-ci ilin may ayında başlanılmış mərkəzin ümumi sahəsi 8,5 hektar təşkil edir.