1 iyul 2013-cü il tarixinə Azərbaycanın bank sektorunun maliyyə dərinliyi ÜDM-in 67%-ni təşkil edir. Bu barədə Mərkəzi Bankın saytında dərc edilmiş 2013-cü ilin I yarısı üzrə maliyyə sabitliyi icmalında qeyd edilir.
"Son 5 ildə bankların aktivləri 40 faiz bəndi artıb və ÜDM-in 67%-nə çatıb", - deyə icmalda bildirilir.
2013-cü il iyulun 1-nə bankların ümumi aktivləri 18 mlrd. 186,3 mln. manat təşkil edir və cari ilin I yarısında 1 mlrd. 656,2 mln. manat və ya 10% artıb.
Daha əvvəl AMB-nin sədri Elman Rüstəmova istinadən bildirilib ki, 10 il ərzində Azərbaycanın bank sektorunun maliyyə dərinliyi ÜDM-in 100%-nə çatdırılmalıdır.