Qırğız Respublikasının prezidenti Almazbek Atambayev cümə günü Qəbələdə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana gəlib. Bu barədə rəsmi mətbuat məlumat verir.
Qəbələ Beynəlxalq Hava Limanında A.Atambayevi Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.