İsmayıllı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi iki piyadanın ölümü ilə nəticələnib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Faciə avqustun 14-ü axşam saatlarında İsmayıllı rayonunun İvanovka kəndi ərazisində baş verib.
Qonşu kəndin sakininin idarə etdiyi "VAZ 2107" markalı avtomobil üç piyadanı vurub. Xəstəxanaya yerləşdirilən piyadalardan ikisi dünyasını dəyişib.