İqtidaryönlü “Ana Vətən” partiyasının sədri Fəzail Ağamalı hesab edir ki, onun müavini Zahid Orucun prezident postuna öz namizədliyini irəli sürməsi partiyanın VI qurultayında qəbul edilən qərarlara ziddir.
“Z.Oruc tərəfindən atılan addım partiyamnızın VI qurultayında qəbul edilən qərarlara ziddir. Bu gün partiyanın iclasında bu məsələyə baxılacaq və müvafiq tədbirlər görüləcək”, - deyə F.Ağamalı “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
F.Ağamalı qeyd edib ki, partiyanın qurultayının gedişində onun üzvləri İlham Əliyevin namizədliyini dəstəkləyiblər.
“Qurultayda qəbul edilımiş qərarların mürəkkəbi qurumamış Z.Oruc bu qərarlara qarşı çıxdı və bu gün partiyanın üzərindən özünü reallaşdırmağa çalışır”, - deyə deputat əlavə edib.
O, həmçinin deyib ki, prezident postuna öz namizədliyini irəlı sürməsi onun konstitusiya hüququdur və partiya üzvləri bu hüququ tanıyır.
“Təbii ki, onun istənilən seçkilərdə iştirak etmək hüququ var. Əlbəttə, biz bu hüquqa hörmət edir və onu tanıyırıq. Lakin nəzərə alsaq ki, Z.Oruc partiyanın rəhbərliyində təmsil olunur, o, partiya qarşısında məsuliyyət daşıyır və öhdəlikləri var.
F.Ağamalı söyləyib ki, Z.Oruc partiyanın qərargahına dəvət edilib və Mərkəzi Nəzarət Təftiş Komissiyası onun nə üçün belə addım atmasının səbəbini araşdırmağa çalışacaq.