Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Cənubi Qafqazda sabitliyə əsas maneədir. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı bəyan edib.
Nazir Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dair 20 ildən çoxdur davam edən danışıqların nəticə verməməsindən təəssüfünü bildirib.
"Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə nizamlanmadan Cənubi Qafqazda və Orta Asiyada sülhün, sabitliyin və tərəqqinin təmin edilməsi qeyri-mümkündür", - deyə o vurğulayıb.
Ə.Davudoğlu Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları, Azərbaycanın əraz bütövlüyü və torpaqların işğaldan azad edilməsi əsasında həlli üzrə səyləri Türkiyənin bundan sonra da dəstəkləməyə hazır olduğunu qeyd edib.