İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə "Yapı Kredi Bank Azərbaycan" QSC-yə 30,9 min manat məbləğində maliyyə sanksiyası tətbiq edib. Bu barədə nazirliyin məlumatında deyilir.
Xidmət tərəfindən "Yapı Kredi Bank Azərbaycan" QSC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
"Worldcard" kredit kartının yayımlanan reklamlarında istehlakçıları çaşdırmaqla haqsız rəqabətə səbəbolma əlamətləri olduğuna görə "Yapı Kredi Bank Azərbaycan" QSC-yə maliyyə sanksiyası tətbiq edilib.
“Yapı Kredi Bank Azərbaycan” 1998-ci ildə yaradılıb. Bankın səhmdarları Türkiyənin iki bankıdır.