Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurası Misirdə təhlükəsizlik, demokratiya və sabitliyin bərpa olunması ilə bağlı çağırışla çıxış edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.
Xarici İşlər Nazirləri Şurasının cümə axşamı keçirilən iclasının yekunları üzrə bəyanat qəbul edilib. Bəyanatda deyilir: “Biz Misirdə davam edən nümayişlərə cavab olaraq gücdən istifadə nəticəsində insanların həyatını itirməsi və yaralanmasından təəssüflənirik. Hesab edirik ki, mülki şəxslərin həlak olması qəbuledilməzdir. Öldürülən şəxslərin ailələrinə başsağlığı veririk, eyni zamanda yaralanan şəxslərin tam və tezliklə sağalmasını arzu edirik”.