Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) avqustun 18-də Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirməyə hazırlaşır.
Milli Şuranın “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, bu qərar Milli Şuranın Mitinq Komissiyasının cümə günü keçirilən iclasında qəbul edilib.
Milli Şura bazar ertəsi mitinq keçirmək üçün icazə almaq məqsədi ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib və aksiyanın keçirilməsi üçün bir neçə yer təklif edib.
Cümə axşamı Milli Şuraya paytaxt meriyasından verilən cavabda bildirilib ki, İcra Hakimiyyəti DQMŞ-nin ərizəsinə baxıb və avqustun 18-də saat 17:00-dan 20:00-a qədər Səbail rayonu ərazisində sürücülük məktəbinin həyətində yerləşən meydançada mitinq keçirməyə icazə verir.
İcra Hakimiyyəti aksiya iştirakçılarından “Sərbəst toplaşmaq haqqında” qanunun tələblərinə ciddi riayət etməyi xahiş edib.
Cümə günü DQMŞ-nin Mitinq Komitəsinin iclasında mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təklif edilən yeri qəbul etməyə qərar verilib.
Mitinq iştirakçıları aksiyada azad və ədalətli prezident seçkilərinin keçirilməsi və siyasi məhbusların azad edilməsi tələbi ilə çıxış etməyə hazırlaşırlar.