Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu 15-ci əsr Osmanlı şairi Ətainin Nizami Gəncəvinin təsiri ilə türkcə yazdığı "Miniatürlü xəmsə" əsərinin bir nüsxəsinin surətini ABŞ-ın Merilend ştatının Baltimor şəhərindəki Volters İncəsənət Muzeyindən Azərbaycana gətirib. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Əlyazma 340 səhifədən ibarətdir.
Bundan başqa, Qacar şahzadəsi Nadir Mirzə Qacarın qədim milli xörəklərimizin reseptlərindən ibarət "Karnamə" adlı kitabı fars dilindən tərcümə edilərək çap edilib.