Dövlət Gömrük Komitəsi (DGK) 2013-cü ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 764 mln. 15,93 min manat məbləğində vergi və rüsum köçürüb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 14,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Cari ilin yanvar-iyul aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 550 mln. 761,79 min manat, aksizlər üzrə 45 mln. 232,62 min manat, yol vergisi üzrə 10 mln. 39,04 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 157 mln. 982,48 min manat məbləğində olub.
Xəbər verildiyi kimi, 2013-cü ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 1,38 mlrd. manat həcmində proqnozlaşdırılır.