SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) çərşənbə axşamı Azərbaycanın regionları və Bakının bir sıra rayonlarının təbii qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar saat 09:00-dan 18:00-dək Qax, Zaqatala, Balakən rayonlarını təbii qazla təmin edən bütün ölçü qovşaqlarında, saat 10:00-dan 18:00-dək “Qazax” Qazpaylayıcı Stansiyasında, “Ağköynək”, “1-ci Şıxlı” Avtomatik Qazpaylayıcı Stansiyasında, “Zeytun”, “Zirə əhali”, “Dübəndi bağları” ölçü qovşaqlarında, saat 10:00-dan 16:00-dək isə “Zabrat” Qazpaylayıcı Stansiyasında təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Şəki, Qax, Zaqatala, Balakən rayonlarına, Qazax şəhərinə, Xəzər rayonunun Qala, Zirə qəsəbələrinin bir hissəsinə, Zeytun, Xaşaxuna, Dübəndi bağları adlanan yaşayış sahəsinə, Sabunçu rayonunun Balaxanı, Zabrat I qəsəbələrinə və Zabrat II qəsəbəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.