Dövlət Gömrük Komitəsi (DGK) 2013-cü ilin yanvar-iyul aylarında 192 cinayət xarakterli gömrük pozuntusu aşkarlayıb. Bu barədə DGK-nın məlumatında bildirilir.
Hesabat dövründə gömrük orqanları tərəfindən qaçaqmalçılıqla bağlı 130, o cümlədən aksiz markası olmayan malların idxalı ilə bağlı 7, eləcə də narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 88 fakt qeydə alınıb. 89,544 kq narkotik vasitə və 84,203 kq psixotrop pereparat müsadirə olunub.
DGK-nın məlumatına əsasən, yanvar-iyul aylarında ittiham olunan şəxslərin ümumi sayı 222 nəfər təşkil edib.
Yanvar-iyul aylarında DGK inzibati xarakterli 6904 qanun pozuntusu aşkarlayıb, o cümlədən gizli daşınma üzrə 72 fakt, bəyan edilməmiş məhsulların daşınması üzrə 136 fakt, malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin vaxtında çatdırılmaması üzrə 5879 fakt və digər qanun pozuntuları qeydə alınıb.