İran nüvə probleminin nizamlanması üzrə beynəlxalq vasitəçilərdən ibarət “altılıq”la (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya - İF) ilə danışıqlara yenidən başlamağa hazırdır. Bu barədə İran İslam Respublikasının yeni təyin edilmiş xarici işlər naziri Cavad Zərif bəyan edib.
“Xanım Eşton (Avropa diplomatiyasının rəhbəri Ketrin Eşton - İF) mənimlə telefon əlaqəsi saxlayıb və mən İranla “altılıq” arasında danışıqların bərpa olunması ilə bağlı istəyimi bildirdim”, - deyə nazir vurğulayıb.
“Mən İran İslam Respublikasının danışıqları bərpa etmək istədiyini təsdiq etdim”, - deyə C.Zərif vurğulayıb.
İran mətbuatının məlumatına görə, nazir bəyan edib ki, telefon söhbəti zamanı o, “İranın sadəcə danışıqlar aparmasına deyil, həm də problemin həll yolunun tapılmasına tərəfdardır.
İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib ki, Tehran uranın zənginləşdirilməsini dayandırmayacaq.
“Biz iki il ərzində uranın bütün növ zənginləşdirilməsini dayandırmışdıq və bu, heç bir nəticə verməyib. Biz bu təcrübəni niyə təkrarlayaq?”, - deyə o bildirib.
İran və beynəlxalq vasitəçilər arasında danışıqların son raundu aprel ayında Almatı şəhərində keçirilib.