Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sahibkar Təranə Quliyevaya məxsus müəssisədə şərq şirniyyatlarının istehsalı və satışını qadağan edib. Bu barədə komitənin məlumatında deyilir.
SMPDK yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalar nəticəsində müəyyən olunub ki, müəssisə texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat və reseptura olmadan fəaliyyət göstərir, şirniyyat məhsulları gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal olunur, məhsulların sınaqları aparılmır, istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlanışından keçirilməyib.
Aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq qanunvericiliyin tələblərinə əsasən inzibati protokol tərtib edilib, müəssisədə şərq şirniyyatlarının istehsalı və satışı qadağan edilib.