Azərbaycanın qərb və şimal-qərb bölgələrində baş vermiş bədbəxt hadisələr nəticəsində iki uşaq həlak olub. Bu barədə İnterfaks-Azərbayan” agentliyinə çərşənbə axşamı rayon polis bölmələrindən məlumat verilib.
Şəki rayon Çayqaraqoyunlu kəndində Turan qəsəbəsinin sakini Elxan Məmmədov “Ford” markalı avtomobili idarə edərkən ehtiyatsızlıqdan maşının arxasında dayanmış azyaşlı Kamal Musayevi vurub.Uşaq hadisə yerində həlak olub.
Bərdə rayonunda isə azyaşlı Kənan Hidayətov ehtiyatsızlıq üzündən beşinci mərtəbədən yıxılaraq ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.