Azərbaycanda narkotik tərkibli bitkilər yetişdirməkdə və narkotik vasitələr yaymaqda şübhəli bilinən iki nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Daxili İşlər Nazirliyindən məlumat verilib.
Xəzər rayon Polis İdarəsinin əməkdaşları Binə qəsəbəsi sakini Əkrəm İmanovu saxlayıblar. Ona məxsus torpaq sahəsində ümumi çəkisi 98 kq olan 13 ədəd çətənə kolu aşkarlanıb.
Bundan əlavə, Sabirabad rayon polis bölməsinin əməkdaşları əvvəllər məhkum edilmiş Sahib Abbasovu saxlayıblar. Onun həyətində ümumi çəkisi 14 kq olan 6 ədəd çətənə kolu, evində aparılan axtarış zamanı isə müvafiq icazə sənədi olmayan ov tüfəngi aşkarlanıb.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.