2013-cü ilin yanvar-iyul aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 10,6 mlrd. 196,5 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
DSK-nın məlumatına görə, hesabat dövründə əhali ticarət obyektlərindən 5,5 mlrd. manatlıq ərzaq və 5,1 mlrd. manatlıq qeyri-ərzaq malları alıb. Alınmış analoji malların həcmi 2012-ci ilin yanvar-iyul ayları ilə müqayisədə müvafiq olaraq 0,1% və 21,8% artıb.
2013-cü ilin yanvar-iyul aylarında əhaliyə 3 mlrd. 300,5 mln. manat məbləğində pullu xidmət göstərilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 6,8% çoxdur. 2 mlrd. 516,7 mln. manat (bütün xidmətlərin 58%-i) məbləğində xidmət hüquqi şəxslər tərəfindən göstərilib (artım 5,1%).