Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən növbəti iclasında prezident seçkilərində iştirak etmək istəyən iki iddiaçının namizədliyi təsdiqlənib.
MSK üzvləri səsvermə yolu ilə İsmayıl Yusifov və Elşən Həsənovun namizədliyini təsdiq ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri MSK-nın iclasından xəbər verir.
MSK yuxarıda adları qeyd olunan şəxslər də daxil olmaqla bu günə qədər prezident seçkilərində iştirak etmək istəyən 14 nəfərin namizədliyini qeydə alıb: hakim Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyev, Azadlıq Partiyasının lideri Əhməd Oruc, Ümid Partiyasının sədri İqbal Ağazadə, seçkilərdə müstəqil namizəd kimi iştirak edəcək hüquqşünas İlqar Məmmədov (Altay), Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev,Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev, Ana Vətən Partiyasının keçmiş sədr müavini Zahid Oruc və “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruc.
Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.