BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə həmsədri Lahdar Brahimi Suriya böhranının nizamlanması üzrə “Cenevrə-2” konfransında İranın iştirakına tərəfdar olduğunu bildirib.
İranın yeni xarici işlər naziri Cəfər Zərifi ilə telefon danışığında Brahimi Suriya böhanının nizamlanması üzrə İranla məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.
İran KİV-lərinin çərşənbə günü verdiyi məlumata görə, L.Brahimi Suriya və digər regional problemlərin həllində İranın çox mühüm və konstruktiv rolunu qeyd edib.
C.Zərifi İranın Suriya problemi üzrə BMT ilə əməkdaşlığa hazır olduğunu söyləyərək Misirdə baş verən böhranla əlaqədar dərin narahatlığını ifadə edib.
İran XİN başçısı Misirdə qətliamın dayandırılmasına çağıraraq münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib.