SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) cümə günü Azərbaycanın və Bakının bir neçə rayonunun təbii qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar saat 09:00-dan 18:00-dək ”Samux”, ”Mərəzə”, ”Zabrat”, ”Ağdaş”, ”Şəmsabad”, ”Horadiz”, ”Zərdab”, saat 09:00-dan 19:00-dək “Avrora”, saat 10:00-dan 18:00-dək “Zığ”, “Qaraçuxur”, ”Pirəküşkül”, ”Masazır”, ”Altıağac”, ”Cəlilabad”, ”Yeni Binə”, ”5-ci siyirtmə” Qazpaylayıcı stansiyaları, saat 10:00-dan isə “1-ci QTM”-dən çıxan qaz xəttində təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Binəqədi rayonunun Binəqədi qəsəbəsi, Qaradağ rayonunun Pirəküşkül və Şubanı qəsəbələri, Sabunçu rayonunun Zabrat-I qəsəbəsi, Xəzər rayonunun Binə qəsəbəsi, Səbail rayonunun Ü.Hacıbəyov və ətraf küçələri, Xətai rayonunun Əbilov küçəsi, Samux rayonunun bir hissəsi, Qusar rayonunun Köhnə Qusar Qazmalar qəsəbəsi, Abşeron rayonunun Masazır qəsəbəsi, Qobustan şəhəri, Lənkəran rayonunun Burcəli və Hirkan qəsəbəsi, Xızı rayonunun Altıağac və Qızılqazma qəsəbələri, Ağdaş rayonunun Qarabağlı kəndi, Cəlilabad şəhəri, Füzuli rayonunun Horadiz şəhərinə qazın verilməsində fasilələr yaranacaq.