ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) oktyabr ayında keçiriləcək prezident seçkiləri üzrə uzunmüddətli missiyası avqustun 26-da Azərbaycanda fəaliyyətə başlaycaq. Bu barədə jurnalistlərə ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay məlumat verib.
“Bu uzunmüddətli missiya çərçivəsində Bakıya 30 nəfər gələcək. Bundan əlavə, yerli köməkçi personaldan 50-55 nəfər işə cəlb olunacaq”, - deyə o qeyd edib.
K.Tarqay söyləyib ki, seçkilər günü 180 nəfər prosesin monitorinqini keçirəcək.
“Uzunmüddətli missiya Azərbaycanda seçkiqabağı vəziyyətin monitorinqini keçirəcək. Qısamüddətli missiya isə seçkilərə bir neçə gün qalmış Azərbaycana gələcək”,- deyə K.Tarqay bildirib.