Azərbaycanın Siyəzən şəhəri ərazisindəki şadlıq sarayında keçirilmiş toy məclisində 50 nəfərdən çox adam zəhərlənib. Bu barədə cümə günü “İnterfaks-Azərbaycan” agentliyinə Siyəzən rayon polis bölməsindən məlumat verilib.
Zərərçəkənlər Siyəzən və Şabran rayon xəstəxanalarına yerləşdirilib.
Zəhərlənən şəxslərin demək olar ki, hamısında başgicəllənmə və yüksək hərarət müşahidə edilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir.
Araşdırma zamanı müəyyən edilib ki, zərərçəkənlər dünən Siyəzən şəhərində yerləşən “Çanaqqala” şadlıq sarayında toy məclisində olublar. Kütləvi zəhərlənmənin səbəbləri araşdırılır.