“LUKOIL-Azerbaijan” QSC öz yanacaqdoldurma məntəqələri üçün yanacaq paylayıcı kolonkalar alır. Bu barədə şirkətin elanında bildirilir.
Tender iki mərhələdə keçiriləcək.
Şirkətlərdən tender təklifləri sentyabrın 16-na qədər qəbul edilir. Tender proseduru sentyabrın 23-də keçiriləcək, daha sonra 20 təqvim günü ərzində qaliblə müqavilə bağlanmalıdır.
Hazırda “LUKOIL-Azerbaijan” QSC-nin Azərbaycanda 29 yanacaqdoldurma məntəqəsi var. Bundan başqa, şirkət françayzinq şərtləri əsasında daha 17 yanacaqdoldurma məntəqəsinin istismarını həyata keçirir.