Cümə günü səhər saatlarında Bakının Sabunçu rayonunda “Mercedes” markalı sərnişin avtobusunun salonunda yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verir.
Yanğın nəticəsində sürücü və sərnişinlərdən biri müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.