Sumqayıt şəhərində “Bank of Baku”nun “Yeni Sumqayıt” filialı fəaliyyətə başlayıb. Bu barədə bankın məlumatında deyilir.
Bu, bankın 22, (regionlarda səkkizinci), o cümlədən Sumqayıt şəhərində ikinci filialıdır.
Filial müştərilərə bütün növ bank məhsul və xidmətləri, o cümlədən hesab açılması, istehlak, pul və biznes kreditlərinin verilməsi, kommunal və mobil rabitə xidmətlərinin ödənilməsi, təcili pul köçürmələri, plastik kartların sifarişi və verilməsi, valyuta mübadiləsi və digər xidmətlər təqdim edir.
“Yeni Sumqayıt” filialı 1-ci mikrorayon, N.Nərimanov küçəsi, 49B ünvanında yerləşir.
“Bank of Baku”nun baş direktoru Fərid Əlizadə qeyd edib ki, bank özünün filial şəbəkəsinin inkişafı üzrə strateji proqramı uğurla həyata keçirməkdə davam edir..
“Bank of Baku” 1994-cü ildə yaradılıb. “Bank of Baku” və “İlkbank” 2004-cü ilin II yarısında başlanmış birləşmə prosesini 2005-ci ilin fevralında yekunlaşdırıb. Birləşmənin nəticəsi olaraq "Bank of Baku Kommersiya Bankı" ASC yaradılıb.