Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 57 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə (19-25 avqust) baş vermiş bədbəxt hadisələr nəticəsində 7 nəfər həlak olub, 9 nəfər yaralanıb, 3 nəfər intihar edib.
6 nəfər qətldə, 8 nəfər sui-qəsddə və qəsdən bıçaq və bədən xəsarətləri yetirməkdə, 31 nəfər oğurluqda, 1 nəfər avtomobil qaçırmaqda şübhəli bilinərək saxlanılıb. Bundan başqa, qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 2 fakt qeydə alınıb.