Dövlət Statistika Komitəsi (DSK) avqustun 28-də “Azərbaycanda ticarət statistikasının təşkili” mövzusunda görüş keçirəcək. Bu barədə DSK-nın məlumatında deyilir.
Görüşün keçirilməsində məqsəd statistik məlumatlara dair tələb və təkliflərin öyrənilməsi və qarşılıqlı müzakirələrin aparılmasıdır.
Tədbirdə nazirlik, komitə, özəl müəssisə və aidiyyatı qurumların nümayəndələrinin iştirakı nəzərdə tutulub.