SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) müxtəlif ali məktəblərin tələbələri üçün beşinci illik “Yay məktəbi”ni təşkil edib.
SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədovun bazar ertəsi jurnalistlərə verdiyi məlumata görə, layihə iştirakçıları həftə ərzində hər gün şirkətin top-menecerlərinin mühazirələrini dinləmək imkanı əldə edəcəklər. “Burada onlar SOCAR-ın müxtəlif sahələrdə fəaliyyətinə dair ətraflı məlumat ala biləcəklər”, - deyə o qeyd edib.
Vitse-prezidentin sözlərinə görə, həftə başa çatdıqdan sonra ən fəal iştirakçılar seçiləcək və onlar “Petkim” zavodunda (Türkiyə) dördgünlük təcrübə keçmək imkanı əldə edəcəklər.