İqtisadi inkişaf naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti avqustun 29-da Belçikaya səfər edəcək. Bu barədə iqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
Səfər zamanı nümayəndə heyəti Avropa Komissiyasının vitse-prezidenti və nəqliyyat məsələləri üzrə komissarı Slim Kallas və Avropa qonşuluq və genişlənmə üzrə komissarı Ştefan Füle, Avropa İnvestisiya Bankının vitse-prezidenti Vilhelm Molterer ilə görüşəcək.
Görüşlərdə Azərbaycanla Avropa İttifaqı və Avropa İnvestisiya Bankı arasında əlaqələr və birgə layihələrə dair müzakirələr aparılacaq.